YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı “Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirib

YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihə çərçivəsində növbəti görüş Yevlax şəhər 9 saylı tam orta məktəbdə 7-11-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı 44 günlük Vətən müharibəsində qazanılan zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra tədbirdə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin direktoru Rəşad Əsədov Vətən müharibəsi ilə bağlı məruzə edib.

Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçıları olan məktəblilərlə intellektual oyun keçirilib. İntellektual oyunun qalibləri mükafatlandırılıb.