YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Ermənistanın təxribatçı əməlləri heç bir nəticə verməyəcək

«Ermənistanın təxribatçı əməlləri heç bir nəticə verməyəcək». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, erməni tərəfinin cəbhə xəttində törətdiyi təxribatlar uğursuzluğa düçar olur. Onun sözlərinə görə, ordumuz düşmənin bu hərəkətlərinə layiqli cavab verirlər.

«Cəbhədə uğursuzluqlarını görən Ermənistan hakimiyyəti ideoloji müstəvidə də təxribatlara cəhd edirlər. Onlar hər vəchlə Azərbaycan haqqında yalan məlumatlar yaymaqla ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Rusiya Dövlət Dumasının komitə sədrinin adından erməni KİV-lərinin yalan məlumatlar yayması da buna sübutdur. Bütün bu faktlar göstərir ki, artıq erməni hakimiyyəti özlərini tamamilə itiriblər. Onlar işğalçı siyasətlərini davam etdirmək üçün bütün yollara əl atırlar. Amma bəhanələri tükənmək üzrədir. Ona görə də, çıxış yolu yalnnız işğal siyasətinə son qoymaqdan ibarətdir»- deyə, B.Səfərov vurğulayıb.