YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq

Bakı şəhərində mənim sərəncamlarımla yaradılmış xüsusi bir idarəetmə mexanizmi var, - Bakı şəhəri, İçərişəhər və Bulvar, - üç qurum. Əlbəttə, bu qurumlar arasında işgüzar əlaqələr təbii ki, var, olmalıdır və güclənməlidir.

Bu barədə Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Dövlətimiz başçısı qeyd edib ki, İçərişəhərdə olan insan o qədim məkandan çıxıb bulvara keçməklə tam yeni, müasir bir Bakı görür və bu amillər çox önəmlidir.

Bakının xüsusi idarəetmə mexanizminə daxil olan qurumların bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərməsinin vacibliyini vurğulayan Prezident deyib: “Çünki Bakı, onun bütün yerləri, hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq. Bakıda yeni inşa edilən binalar - istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin”.