YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şalva Papuaşvili: Gürcüstan, Azərbaycan və bölgə üçün dinc gələcəyin qurulması naminə birgə işləyəcəyik

Biz Gürcüstan, Azərbaycan və bölgə üçün dinc gələcəyin qurulması naminə birgə işləməyi davam etdirəcəyik.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündən sonra özünün tviter hesabında yazıb.

Şalva Papuaşvili Gürcüstan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümün qeyd olunması çərçivəsində azərbaycanlı həmkarı Sahibə Qafarova ilə strateji tərəfdaşlığın gələcək dərinləşdirilməsi yollarını müzakirə etdiyini vurğulayıb.