YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev dühası” mövzusunda bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Kolatan ərazi partiya təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev dühası” mövzusunda bədii qiraət müsabiqəsi keçirib.

Müsabiqədə Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, həmçinin Vətən müharibəsində canlarını fəda vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs edib.

Müsabiqənin final mərhələsində münsiflər tərəfindən şeirlər dinlənilib və qaliblər müəyyən olunub. Vətən müharbəsi şəhidi Abasov Ayaz Nizami oğlunun bacısı Rufanə Abasova da qaliblər sırasında yer alıb.

Qaliblərə rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.