YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Arye Qut: Azərbaycan dünyanın ən tolerant ölkəsidir, burada heç vaxt antisemitizm olmamışdır

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut ABŞ-ın Antidiffamasiya Liqası (ADL) ictimai hüquq mühafizə təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsini şərh edərək bildirmişdir ki, bu məruzə provokasiya xarakteri daşıyır, Azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğunu və qarşılıqlı ehtiram hisslərini sarsıdır. A.Qut demişdir: “Hamı yaxşı bilir ki, yəhudilər Azərbaycanda özlərini heç vaxt əcnəbi kimi hiss etməmişlər və hazırda Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər. İsrailin xarici işlər naziri Aviqdor Liberman bu yaxınlarda Bakıda olarkən demişdir ki, özünü evdəki kimi hiss edir. Bu, yəhudi xalqına xüsusi və səmimi münasibət faktını təsdiq edir. Mən ABŞ-ın ADL ictimai hüquq mühafizə təşkilatının antisemitizmin heç vaxt olmadığı bir ölkənin - Azərbaycanın antisemitizm ruhunun daim mövcud olduğu Baltik ölkələrini və Rusiyanı nə üçün və hansı faktlar əsasında geridə qoyması qərarına gəldiyini bilmirəm.

A.Qutun fikrincə, Ermənistan ayrı məsələdir. Bu ölkə antisemitizmin səviyyəsinə görə MDB ölkələri arasında “liderdir”. Ermənistanda antisemitizm və ksenofobiya, eləcə də “ari ermənilərin” türk və semit xalqlarının nümayəndələri üzərində irqi üstünlüyü ideyası mif deyildir. Məhz bu səbəbdən müasir Ermənistan praktiki olaraq monoetnik dövlətdir. Burada yəhudilər daim azalaraq mikroskopik səviyyəyə çatmış azlıqdır və bu azlıq yaxın gələcəkdə, sadəcə, bu ölkənin etnik xəritəsindən silinəcəkdir. Ermənistandakı etnik millətçilik fonunda Azərbaycanda yəhudi cəmiyyətinin, onun mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur”.

O vurğulamışdır ki, Ermənistanla silahlı münaqişədə olmasına və ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Odlar Yurdu dünyanın ən tolerant ölkəsi və həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olaraq qalır. A.Qut demişdir: “İsrail Dövlətinin vətəndaşı və İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeşlik və mehribanlıqla yanaşır. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və unikal bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Burada onları ümumi tale birləşdirir və təsadüfi deyildir ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olmuşdur.

İsrailin müasir Azərbaycanın rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibətini yüksək qiymətləndirdiyini bildirən A.Qut demişdir: “Unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir və ölkənin hər yeddi sakinindən biri qaçqındır. Azərbaycanda antisemitizm heç vaxt olmamışdır və biz - İsraildə yaşayan Azərbaycan diasporu kimi bununla qürur duyuruq. Azərbaycan həqiqi sivilizasiyalararası dialoq nümunəsidir,

Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada ölkə Prezidentinin və birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, ikinci belə bir ölkəni, sadəcə, tapmayacaqsınız”.

DİGƏR Xəbərlər Arxiv