YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zərli tac kamallı başa yaraşır” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon Təhsil Şöbəsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin birgə təşkilatçılığı ilə birlikdə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Zərli tac kamallı başa yaraşır” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Dədə Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Zərli tac kamallı başa yaraşır” adlı poeması əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Çünki vaxtilə Sovet İttifaqının tərkibində olan Azərbaycan Ümummilli Liderin uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti sayəsində inkişaf edib. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrilib. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların təməlində də Ulu Öndərin əbədiyaşar ideyaları dayanır.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov isə bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qalib ölkə kimi Qafqazın lider dövləti olaraq çox sürətlə inkişaf edərək, dünya ölkələri arasında özünə layiqli yer tutub. H.Misirov onu da vurğulayıb ki, Dədə Şəmşirin yaradıcılıq nümunələrindən olan “Zərli tac kamallı başa yaraşır” poeması məhz ümummilli lider Heydər Əliyevin o zamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir.

Kəlbəcər ziyalısı Sabir Mirzəyev və tələbə gənclər çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərindən bəhs edib, Ümummilli Liderin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.