YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə "Vətənpərvərlik - ali mənəvi dəyərdir" mövzusunda tədbir keçirilib

Bərdə rayonunda "Vətənpərvərlik - ali mənəvi dəyərdir" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Əməkdar müəllim, rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi leytenant Əziz  Məmmədov  "Qarabağ" ordenli, Vətən müharibəsi qazisi Dursun Manaflı, şəhid anaları Xuraman Naibova, Rade Qurbanova, İsmət Abışova və məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.   

Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Milli Qəhrəman Elgiz Kərimov adına şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədova iştirakçıları salamlayaraq, ordumuzun 44 gün ərzində qazandığı şanlı Zəfər tariximizdən söz açıb. Məktəb direktoru çıxışında bildirib ki, vətənpərvəlik böyük məfhumdur. Vətənpərvərlik Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaqdır. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətənə, torpağa sevginin, vətənpərvərlik tərbiyəsinin parta arxasında formalaşaraq möhkəmləndiyindən danışmış, nəticədə xalqımızı qalibliyə aparan, qələbələrə və uğurlara çatdıran əsas amillərdən biri olduğunu xüsusi vurğulamış, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığının bu mənada əsl məktəb olduğunu önə çəkib.

Mövzu ətrafında qonaqlar çıxış edərək ordumuzun keçdiyi qürurlu və şərəfli yoldan söz açıblar.

Tədbirdə vətənpərvərliyə həsr edilmiş video çarx nümayiş olunub, məktəblilərin rəqs, musiqi kompozisiyaları təqdim edilib.