YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert təşkil olunub

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 85 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin bu günə kimi əldə etdiyi uğurlardan danışıb. Təhsil müəssisəsinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifliyə təntənəli surətdə fəxri fərmanı təqdim edib.

Sonra məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri tərəfindən rəsm sərgisi nümayiş olunub.