YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqe və müasir silahlarla təchiz edilmə kimi amillərin vəhdəti xalqımızın şanlı müharibəsini şərtləndirdi

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Prezident İlham Əliyev hakimiyyəti dövründə ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamaqla, istər hərbçilərin peşəkarlığının artırılması, istər şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, istərsə də Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində daima gərəkli addımlar atmış, genişmiqyaslı yeniliklərə yelkən açmışdır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan ordusu regionda sözünü demiş, dillərə dastan olmuşdur.

Zəfər tariximizin ikinci Silahlı Qüvvələr Günündə, 26 iyun 2022-ci il tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev növbəti komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş, şəxsi heyəti salamladıqdan sonra 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir. Diqqətə çatdırmışdır ki, altı ay bundan əvvəl, 2021-ci il dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Yarım il sonra isə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu da onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün tam imkanlara malikdir.

Vətən müharibəsində xalqımızın böyüklüyünü, yenilməz ruhunu və güclü iradəsini qiymətləndirən Müzəffər Ali Baş Komandan qeyd etmişdir ki, bizim məqsədimiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması idi ki, bunun üçün də  uzun illər danışıqlar aparılmışdır. İstəmirdik ki, qan tökülsün. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirdi.

Qarabağ Azərbaycandır şüarını yenidən dilləndirən prezident İlham Əliyev güc amilinin ön planda yer aldığı dünyada Azərbaycanın özünü sübut etdiyini, Azərbaycan xalqının işğalla heç bir zaman barışmayacağını, inkişafını daima davam  etdirəcəyini, qələbənin iqtisadi müstəqilliyin nəticəsində əldə olunmasını vacibliyini vurğulamış və yumruq kimi birləşmiş bir xalqa heç bir qüvvənin təsir edə bilməyəciyini söyləmişdir.

Müstəqillik dövründə yetişən gənclər, milli ruh, ləyaqət qələbəmizin digər aparıcı qüvvəsi idi. Öz canlarını fəda verən, ölümü ilə tarix yazan igidlərin xatirəsi hər zaman yad ediləcək, qəlbimizdə yaşayacaqdır. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi kimi bütün bu amillər İkinci Qarabağ müharibəsinin bizim qələbəmiz ilə nəticələnməsinə səbəb oldu.

44 günlük müharibə nəticəsində biz düşməni torpağımızdan qovduq və bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən biz böyük xalqıq.

Prezident İlham Əliyev vurğulamışdır ki, müharibədən sonra bu gün Azərbaycan Ordusu həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclüdür. Ən müasir silahlar almaq üçün yeni kontraktlar imzalanmışdır. Bu kontraktlar artıq icra olunur. Yeni silahlar, ən müasir texnikalar Azərbaycana gətirilir və gətiriləcək. Biz Ordumuzun inkişafı üçün hər zaman mühüm addımlar atacağıq. Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır. Bütün şərait təmin edilir ki, hərbiçilərimiz daha yaxşı xidmət etsinlər.

Digər qürur duyulası məsələ isə Ordu gününün Kəlbəcərdə qeyd olunmasıdır. Bir güllə belə atılmadan düşməni Kəlbəcərdən qovan ordusu olan xalqın Ordu günü elə burada qeyd olunmalı idi. Əzəldən bəri hər zaman diqqət mərkəzində olan Kəlbəcərdə hal-hazırda genişmiqyaslı quruculuq işləri aparılır. İki ilə yaxın qısa lakin şərəfli zaman kəsiyi bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır !