YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı işə başlamışdır

Mayın 20-də Çin Xalq Respublikasının Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı işə başlamışdır.

“Sülh, sabitlik və əməkdaşlığa yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edirlər. İki gün davam edəcək toplantının gedişində mövzu ilə bağlı müzakirələr aparılacaq, zirvə görüşünün yekun bəyannaməsi qəbul olunacaq, quruma yeni üzvlər qəbul ediləcəkdir. Dördüncü zirvə toplantısında 2014-2016-cı illər üzrə sədrlik Çinə keçəcəkdir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair ilk təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 1992-ci ildə BMT Baş Məclisinin 47-ci iclasında irəli sürmüşdür. 1993-cü ilin martında forum kimi fəaliyyətə başlayan təşkilata hazırda 24 ölkə, o cümlədən Azərbaycan üzvdür. Bundan başqa, ümumilikdə 13 beynəlxalq təşkilat və ölkə müşahidəçi statusuna malikdir. Birinci və ikinci zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilmişdir.

 

DİGƏR Xəbərlər Arxiv