YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda şəhid Xəyal Həsənovun xatirəsi anılıb

Şabran rayonunda Vətən müharibəsi şəhidi Həsənov Xəyal Əliyyulla oğlunun əziz xatirəsi yad edilib.

Xəyal Həsənovun şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbayan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin deputatı Sadiq Qurbanov, partiya əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.

Sonra şəhid Xəyal Həsənovun məzarı ziyarət olunaraq önünə tər güllər düzülüb.