YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Tələb edirik"

Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələrinin təxribatlarını pisləyən bəyanat yayıb.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, bəyanatda qeyd olunub:

“Sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması səbəbindən mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnən terror aktını qəti şəkildə pisləyirik.

Dinc əhalinin, o cümlədən işğaldan azad olunan ərazilərdə aparılan bərpa- quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə erməni silahlı dəstələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirik. Eyni zamanda, Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırırıq.

Azərbaycan rəhbərliyini və xalqını Qarabağ torpaqlarında suverenliyin tam təmin edilməsi münasibətilə təbrik edirik. Bununla yanaşı, bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına dair məlumatlar Küveytin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb”.