YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın regionda sülhün bərqərar edilməsində maraqlı olmadığının göstəricisi

Meksikanın tanınmış “Milenio” qəzetində “Makronun uğursuzluq aludəsi: beynəlxalq arenada Fransa siyasətinin tənəzzülü” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətə gəldikdən sonra aldığı uğursuz qərarlar və atdığı yanlış addımlar nəticəsində Fransanın beynəlxalq arenadakı nüfuzunun və rolunun sarsılması, bunun bariz nümunəsi kimi belə uğursuz qərarlar nəticəsində ölkəmizə qarşı qərəzli münasibətilə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesində maneə törətməsindən bəhs olunur.

Məqalədə Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən Qafqazda sabitliyin bərqərar olması üçün Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasının vacibliyi vurğulanır, lakin Makron administrasiyasının bu prosesi dəstəkləmək əvəzinə, hər vəchlə bu prosesə təxribat xarakterli qərarları ilə maneə törətdiyi qeyd olunur.

Həmçinin bildirilib ki, Qranada görüşündən əvvəl Makronun xarici işlər nazirini Ermənistana göndərməsi, onun orada Azərbaycan və Türkiyə əleyhinə qərəzli fikirlərlə çıxış etməsi, fransız lobbisinin təsiri ilə Avropa Parlamentində normallaşma prosesini çətinləşdirən Azərbaycan və Türkiyəyə qarşı qərəzli və əsassız daha bir qətnamənin qəbulu Fransanın regionda sülhün bərqərar edilməsində maraqlı olmadığının göstəricisidir.

Məqalədə separatçı rejimin ləğvi ilə regionumuzda sülh prosesinin qarşısında duran son maneənin aradan qaldırıldığı, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bəyanatları ilə bölgədə heç bir “etnik təmizləmə”nin olmadığının açıq şəkildə göstərildiyi və bununla da Fransanın əsassız iddialarının yalnız dezinformasiya yaratdığı vurğulanır.

Müəllif Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyi nəticəsində Avropa Parlamentinin ölkəmizə qarşı sanksiyalar tətbiq etmək və Avropanın bəzi siyasətçilərinin hətta Azərbaycan qazının alınmasını dayandırmaq təkliflərini xatırladaraq, Makronun belə uğursuz qərarlarının digər Avropa ölkələrinin enerji təchizatını təhlükə altında qoyduğuna diqqət çəkib.