YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiyməti avtobuslardakı qiymətlərdən xeyli ucuz olacaq

Sentyabrın 15-dək istismara verilməsi nəzərdə tutulan Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiymətini çalışacağıq ki, bu istiqamətdə hərəkətdə olan avtobuslardakı qiymətlərdən xeyli ucuz edək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bizim üç əsas arqumentimiz var. Bunlar da qiymətlərin ucuz, sərnişinlərin rahatlığının təmin edilməsi və vaxt itkisinin maksimum az olmasını təmin etməkdir.

O, Bakı ilə Sumqayıt arasında avtomobil yollarında hərəkət edən maşınların sayının 259 min olduğunu deyib. Bildirib ki, bu istiqamətdə hərəkətdə olacaq dəmir yolundan istifadə edəcək şərnişinlərin sayı ümumilikdə 100 mindən çox təşkil edəcək. İlkin mərhələdə dəmir yolu ilə təxminən 20-30 min insan daşınacaq. “Bu gün insanlar Bakı-Sumqayıt arasında təxminən 1-1,20 manat xərcləyirlər. Amma biz tarifləri xeyli ucuz edəcəyik, həmçinin də təxminən 1 saatlıq vaxt itkisi aradan qalxmış olacaq ”, - deyə C.Qurbanov bildirib.