YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abid Şərifov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüklərin dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək

Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) başqa dəhlizlərlə müqayisədə Şərqdən gələn və Avropaya gedən yükləri 550-600 kilometrlik qısa bir məsafədə çatdıracaq. Bu xəttin önəmi ondadır ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.

Bu fikirləri Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov “Şixezi-Dostık-Aktau-Ələt” marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması münasibətilə keçirilən mərasimdəki çıxışında deyib.

Baş nazirin müavini qeyd edib ki, hər bir ölkə tərəfindən yüklərin təhlükəsiz daşınmasını və çatdırılmasını təmin etmək bu gün ən önəmli məsələlərdən biridir.