YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Ağdaş rayonunda qadın seçilərlə görüş keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, təşviqat qrupunun üzvləri Aygün Mahmudova və Sevgili İbrahimova çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan regionda ən güclü dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edən cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.