YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə Zəfərlərdən Zəfərlərə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Ağstafa rayonunun Eynallı, Qırılı və Qıraq Kəsəmən kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdən əvvəl Eynallı kəndində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Hüseyn Hüseynov, Məmməd Məmmədov, Sahib Salıfov, İmran Nəsibov, Canpolad Yusifov, Asif Qənbərov və Aqşin Quliyev çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə bu siyasətə alternativ olmadığı qeyd edilib.

Natiqlər bütün seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.