YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin və Koreyadakı diplomatik nümayəndəliklərimizdə səsvermə keçirilir

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində səsvermə keçirilir.

Çin Xalq Respublikasındakı səfirliyimizdə prezidenti seçkiləri ilə əlaqədar səsverməyə start verilib. Yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 04: 00) səsvermə başlayıb.

Prezident seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə də  yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

Azərbaycan vətəndaşlarının öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.