YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın böyük uğurlara imza atması bəzi qüvvələri çox narahat edir

«Hazırda dünya miqyasında milli mənafedən çıxış edən dövlətlərə təzyiq göstərilməsi halları getdikcə artır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, müstəqil siyasət həyata keçirən Azərbaycan dövlətinə qarşı da belə təzyiq cəhdləri var. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın böyük uğurlara imza atması bizə qarşı bir sıra hallarda müəyyən dairələrdən gələn təzyiq və manipulyasiya cəhdləri ilə müşayiət olunur.

«Bu kimi hallar da qarşıdan gələn seçkilərdə bizi daha diqqətli olmağa sövq edir. Çünki parlament seçkiləri ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası daha da artır. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan xalqı müdrik xalqdır və kimin kim olduğunu yaxşı bilir» - deyə, M.İbrahimqızı vurğulayıb.