YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla başa çatdırdı

01 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası uğurla başa çatdı.

 

YAP tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanmış və müvafiq dairə seçki komissiyalarına təqdim edilmişdir. 22 sentyabr tarixə olan məlumata görə artıq onlardan 17 nəfəri  DSK tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınmışdır.

İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak etmişdir.