YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatlığına namizəd Cavid Qurbanovun Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə görüşü keçirildi

YAP-ın 123 saylı Kəlbəcər rayon seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizədi Cavid  Qurbanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü 18 oktyabr 2015-ci il tarixində Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə keçirildi.

Tədbiri YAP Kəlbəcər rayon təşkilatinin sədri Akif Əsgərov açaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verdi.

Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov millət vəkili Cavid Qurbanov tərəfindən 10 il ərzində görülmüş işləri seçicilərin diqqətinə çatdırdı. 

Tədbirdə çıxış edən millət vəkili Cavid Qurbanov ilk öncə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbriklərini çatdırdı. O, qeyd etdi ki, dövlət müstəqilliyi 1991-ci ilin 18 oktyabrında qəbul edilsə də, Azərbaycan özünün müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Ulu öndərin zəngin siyasi təcrübəsi, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə hökm sürən xaos və anarxiyanı aradan qaldırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  iqtisadi inkişaf strategiyası bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşmır. Məhz cənab Prezidentin yorulmaz səyləri nəticəsində ölkəmizə böyük iqtisadi və siyasi dividentlər gətirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin, ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən Şərq-Qərb və Şimal-Cənub kimi iki böyük nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sayəsində  Azərbaycan  regionun  nəqliyyat-logistika mərkəzinə çevriləcəkdir.

Cavid Qurbanov daha sonra qeyd etmişdir ki, möhtərəm Prezidentimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları  qəbul edilərək həyata keçirilmişdir. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinə də daim dövlət tərəfindən diqqət və qayğı göstərilir:  “ Onların yaşayış şəraiti yaxşılaşdırılır, evlər  təmin edilir və hal-hazırda da bu proses davam edir. Millət vəkili kimi mən də çalışmışam ki, seçicilərimin problemlərini daim diqqət mərkəzində saxlayım. Qeyd edirəm ki, bu illər ərzində imkanım daxilində problemlərin həllinə qismən də olsa nail olmuşuq” - deyə, Cavid Qurbanov qeyd etmişdir.

Möhtərəm Prezidentimiz tərəfindən  həyata keçirilən siyasətin əsasında və mərkəzində  Azərbaycanın vətəndaşı, onun qayğıları, təhlükəsizliyi və rifahı dayanır. Həmçinin, təhsil, səhiyyə,nəqliyyat,  mədəniyyət və digər sahələrdə də davamlı, operativ fəaliyyət göstərilir.  Danılmaz faktdır ki, ölkəmizin inkişafında  dövlətə ən güclü dəstək verən  birinci xanım, Heydər Əliyev Fondununprezidenti, YUNESKO-nun xoşməramlıSəfiri, millət vəkili Mehriban xanım Əliyevadır.

Kəlbəcərlilər hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı möhtərəm Prezidentimizə və dövlətçiliyimizə sadəqətli olublar.  Ölkəmizdə keçirilən bütün seçkilərdə Kəlbəcərlilər öz səsləri ilə Yeni Azərbaycan Partiyasının qələbəsini təmin ediblər.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının üzvü Qənbər Qurbanov, professor Şahlar Əsgərov, professor Şirindil Alışanov, şair, publisist Adil Cəmil, əməkdar müəllim Mirsəyyaf Zamanlı, ziyalı Vəliyəddin İsmayılov və digər çıxış edənlər YAP-ın tarixindən, ölkədə həyta keçirilən quruculuq və abadlıq işlərindən və YAP-nın namizədi Cavid Qurbanovun fəaliyyəti barədə ətraflı məlumat verdilər.Görüşdə iştirak edən bütün kəlbəcərlilər 1 noyabr seçkilərində YAP-dan namizədliyi irəli sürülmüş Cavid Qurbanova səs verəcəklərini bəyan etdilər.