YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanlı müşahidəçi: Azərbaycanda seçkilər demokratik və şəffaf keçirilib

“Azərbaycanda parlament seçkiləri yaxşı təşkil olunub. Bütün məntəqələrdə seçkilər demokratik və şəffaf keçirilib”. Secki-2015.az saytının xəbərinə görə, bunu Qazaxıstanın “Kazinform” beynəlxalq xəbər agentliyinə Türkdili Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçisi Serikcan Kanaev bildirib.

“Biz şənbə günü Azərbaycanın Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüşdə seçkilərə hazırlıq barədə söhbət etdik. Bazar günü isə seçkilərin çox yüksək səviyyədə təşkil olunduğunu gördük”, - deyə beynəlxalq müşahidəçi əlavə edib.

Bundan başqa, agentlik Secki-2015.az saytına istinadla seçkinin gedişatı barədə ümumi məlumat verib.

 

DİGƏR Xəbərlər Arxiv