YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

Aksiyada Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. 

Ərazidə 350 ədəd eldar şamı əkilib, ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiya iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının bəyan etdiyi prinsiplərdən biri olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunduğunu vurğulayıblar. Natiqlər Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildiriblər.