YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada YAP-ın təsis edilməsinin 33 illiyinə həsr olunmuş şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektoru və Astara Uşaq-Gənclər İdman məktəbinin təşkilatçılığı ilə YAP-ın təsis edilməsin 33-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Astara Rayon Heydər Əliyev Mərkəzi, Astara Rayon Mərkəzi Xəstəxanası və Astara Pedaqoji Kollecinin iştirakı ilə keçirilən turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Həmçinin, natiqlər Ümummilli Liderin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs ediblər.

20 şahmatçının iştirak etdiyi turnirdə iştirakçılar belə yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Turnirdə I, II, və III  yerlərin qalibləri YAP Astara rayon təşkilatı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb, digərləri isə diplomlarla təltif ediliblər.

Sonda turnir iştirakçıları xatirə şəkli çəkdirib.