YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda partiyanın təsis edilməsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra YAP-ın tarixi və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digərləri YAP-ın ölkəmizin siyasi tarixində və ictimai inkişafında oynadığı mühüm roldan danışıblar. Onlar qeyd ediblər ki, YAP-ın yaradılması Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsidir. 1992-ci ilin çətin tarixi şəraitində Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və onun bu çağırışa müsbət cavabı - Naxçıvanda keçirilən təsis konfransı ölkənin gələcək inkişafının ideoloji əsaslarını formalaşdırdı.

Vurğulanıb ki, YAP yaranan gündən milli maraqların qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və sabitliyin təmin olunması uğrunda mübarizə aparıb. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını, güclü idarəetmənin və milli həmrəyliyin bərqərar olmasını təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü təltif olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.