YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası - xalqın partiyası, dövlətçiliyin dayağı”

Qusar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca YAP-ın yaradılmasının 33 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyini çox mühüm bir ərəfədə - Konstitusiyanın qəbul olunmasının 30-cu, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin isə 5-ci ilinin sevincini yaşadığımız günlərdə qeyd edilir: “Məhz bu baxımdan Azərbaycanın son illərdə qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişaf tarixi ilə əlaqədardır”.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev bildirib ki, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olunub və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilib: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanıb, xalqın dəstəyi ilə 1993-cü ildə iqtidar partiyasına çevrilib. Bu xalqın dahi rəhbərə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Azərbaycanın müstəqillik tarixi ərzində qazandığı hər bir uğurda Yeni Azərbaycan Partiyasının rolu vardır”.

Sonra çıxış edən partiya veteranı Əliyulla Ağalarov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, “Kənd təsərrüfatı işçiləri” ərazi partiya təşkilatının sədri Rauf Minhacov, YAP fəalları Tahirə Kazımova, Rəhman Ağabalayev qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, bu gün Azərbaycan regionun lider dövlətinə, dünyanın sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu uğurların təməlində xalqa xidmət amili dayanır.

Tədbirdə yubiley yaşı tamam olmuş partiya veteranlarına fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.