YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və “Şirvan Gənclər evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək müasir müstəqil Azərbaycanın qazandığı uğurların, o cümlədən İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbənin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsi olduğunu deyib. O bildirib ki, bu gün xalqımızın milli maraqlarına xidmət edən Yeni Azərbaycan Partiyası 740 mindən çox üzvü ilə Qafqazın ən güclü siyasi partiyasıdır.

Sonra yarışa start verilib. 18 ərazi partiya təşkilatı komandalarının iştirak etdiyi intellektual yarışda “S.Vurğun küçəsi, 11” ünvanı üzrə (Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatının komandası birinci yerə, “F.Eynullayev küçəsi, 11” ünvanı üzrə (N.Quliyev adına 9 №-li tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatının komandası ikinci yerə, “İstiqlaliyyət prospekti, 10” ünvanı üzrə (Şirvan Şəhər İcra Hakimiyyəti) ərazi partiya təşkilatının komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalara diplom və hədiyyələr verilib.

DİGƏR Xəbərlər Arxiv