YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərdən suverenliyə uzanan tarixi yol

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatında 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.

Həbib Misirov bildirib ki, bu tarixi nailiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı, Azərbaycan Ordusunun gücü və xalqımızın milli birliyi sayəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur, işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri, sosial obyektlər və infrastruktur layihələri inşa edilir.

Daha sonra Kəlbəcər rayon Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ələsgər Kəmalov, Rəşail Azayev, Yadulla Süleymanov və Natiq Alşanov, tibb bacısı Mehriban Abdullayeva, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər Su Meliorasiya İdarəsinin əməkdaşı Bilal Nuriyev, Kəlbəcər şəhər 109 nömrəli tam orta məktəbin müəllimi Çinarə Eyvazova və digərləri çıxış edərək Dövlət Suverenliyi Gününün əhəmiyyətindən bəhs ediblər.