YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir Kimya-Biologiya təmayüllü liseydə “Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və partiya fəalları çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, hələ sovet dövründə Ulu Öndərin gördüyü böyük işlər Azərbaycanın sonralar müstəqil dövlət kimi inkişaf etməsində mühüm rola malik olub. Heydər Əliyev respublikamıza rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli tərəqqi yoluna çıxarıb. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib, bütöv və güclü ölkəyə çevrilib.

Tədbirin sonunda Yeni Azərbaycanın Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv