YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev - xalqa bağışlanan ömür”

Neftçala rayonunda “Heydər Əliyev - xalqa bağışlanan ömür” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətənin qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov, Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşova və Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Rövşən Həsənov çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində dərin iz qoymuş şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən bəhs edilib.

Vurğulanıb ki, bu gün Azərbaycan Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən nüfuzlu dövlət kimi tanınır.