YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial aksiya keçirib.

Rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini ziyarət edib, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, bayram hədiyyələri təqdim ediblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.