Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb
Milli Məclisinin deputatı Rövşən Muradov Xəzər rayonu Buzovna qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə görüş keçirib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasovun da iştirak etdiyi görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
