YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir

Ehtibar İsmayılov

YAP Ordubad rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, keçən il tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

8 avqust 2025-ci il tarixində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılaşmalar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arası əlaqələrin effektivliyi təkcə siyasi bəyanatlarla deyil, konkret nəticələr, davamlı mexanizmilər və qarşılıqlı faydaya əsaslanan praktiki əməkdaşlıqla ölçülür. Bu baxımdan Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında formalaşan münasibətlər son illər məhz praktik və nəticəyə hesablanmış istiqamətdə inkişaf edir. İki ölkə arasında mövcud əməkdaşlıq müxtəlif sahələri əhatə etməklə yanaşı, regional və qlobal sabitliyə töhfə verən real layihələr üzərində qurulub.

Azərbaycan-ABŞ əlaqələrinin əsas sütunlarından biri siyasi dialoqdur. Tərəflər arasında yüksək səviyyəli təmaslar, hökumətlər arası məsləhətləşmələr və beynəlxalq platformalarda əməkdaşlıq qarşılıqlı məqamların uzlaşdırılmasına xidmət edir. ABŞ Azərbaycanın müstəqilliyini taniyan ilk ölkələrdən biri olmaqla, regionda suverenlik, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlərdə Bakının rolunu qəbul edir.

Azərbaycan isə ABŞ-la münasibətlərdə praqmatik yanaşmanı əsas götürərək qarşılıqlı hörmət və beynəxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlığı ön plana çəkir. Bu yanaşma tərəflər arasında münasibətlərin emosional və ya situativ deyil, rasional və uzunmüddətli maraqlara əsaslandığını göstərir.

İki ölkə arasında əməkdaşlığın ən bariz nəticələrindən biri enerji sahəsindədir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir və ABŞ bu siyasəti açıq şəkildə dəstəkləyir. Cənub Qaz Dəhlizi kimi strateji layihələr təkcə iqtisadi deyil,eyni zamanda geosiyasi əhəmiyyət daşıyır.     

Amerika şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, xüsusilə Xəzər hövzəsində həyata keçirilən layihələr qarşılıqlı etimadın göstəricisidir. Bu əməkdaşlıq konkret nəticələr -yeni infrastuktur, sabit enerji axını və uzunmüddətli investisiya mühiti yaradır.

Azərbaycan–ABŞ əlaqələrinin praktik xarakteri təhlükəsizlik sahəsində də özünü göstərir. Terorizmə qarşı mübarizə beynəlxalq sülhməramlı əməliyyatlar və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq tərəflərin ortaq maraqlarına uyğundur. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi bir sıra beynəlxalq missiyalarda iştirak etməklə qlobal təhlükəsizliyə real töhfələr verib.

Bu əməkdaşlıq kağız üzərində deyil praktiki addımlar və ortaq layihələr üzərində qurulub. İqtisadi sahələrdə Azərbaycan və ABŞ arasında əlaqələr getdikcə daha çox şaxələndirilir. ABŞ biznes dairələri üçün Azərbaycan Cənubi Qafqazda əlverişli investisiya mühiti təklif edən ölkələrdən biridir. Enerjidən kənar sahələrdə -kənd təsərrüfatı, informasiya texnologiyaları, logistika və təhsil sektorlarında əməkdaşlıq imkanları genişlənir. Burada əsas diqqət real nəticələrə yönəlib, yeni iş yerlərinin yaradılması, texnologiya transferi və insan kapitalının inkişafı. Bu yanaşma əlaqələrin formal xarakter daşımadığını, əksinə qarşılıqlı iqtisadi faydaya hesablandığını göstərir.

Azərbaycan–ABŞ münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar və təhsil sahəsidir. Müxtəlif mübadilə proqramları, təqaüdlər və birgə layihələr vasitəsilə minlərlə azərbaycanlı gənc ABŞ-da təhsil alıb və bu bilikləri ölkənin inkişafına yönəldib. Bu əməkdaşlıq uzunmüddətli perspektivdə daha böyük nəticələr verir: xalqlar arasında qarşılıqlı anlayış formalaşır, insan kapitalı güclənir və münasibətlərin sosial bazası möhkəmlənir.

Mövcud reallıqlar göstərir ki, Azərbaycanla Amerika arasındakı əlaqələr deklarativ bəyanatlardan daha çox, konkret nəticələrə hesablanmış əməkdaçlıq modeli üzərində qurulub. Enerji, təhlükəsizlik, iqtisadiyyat, humanitar sahələrdə əldə olunan real nailiyyətlər bu münasibətlərin davamlı və perspektivli olduğunu sübut edir.

Gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Əsas amil isə dəyişməz qalır: qarşılıqlı hörmətə, suverenliyə və praktik nəticələrə əsaslanan siyasət. Məhz bu yanaşma Azərbaycan-ABŞ əlaqələrini regional və qlobal miqyasda önəmli əməkdaşlıq nümunəsinə çevirir.

Bütövlükdə, 2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bundan sonra da möhtəşəm nailiyyətlər əldə edəcək.