YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov şəhid Vüsalın Məmmədovun ailəsini ziyarət edib. Görüşdə Vüsal Məmmədovun Vətən uğrunda keçdiyi şərəfli döyüş yolu, göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bir daha ehtiramla xatırlanıb. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi daim uca tutulur, onların ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Daha sonra millət vəkili Çobankol kəndində seçicilərlə görüş keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Şəhid ailəsi və seçicilər onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv