Xəbərlər
Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçib
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 61 saylı (Psixonevroloji Dispanser) ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını deyib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis olunması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.
Psixonevroloji Dispanserin baş həkim əvəzi Vəfa Paşayeva çıxışında Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı naminə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müdrik siyasət həyata keçirildiyini qeyd edib.
Sonra təşkilati məsələlərə baxılıb. Kəmalə Mustafayeva ərazi partiya təşkilatının sədri, Ramiyə Abbasova isə sədr müavini seçilib.
