YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Ələsgərli kəndində Vətən müharibəsi şəhidi Ruslan Mahir oğlu Şahbazovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Görüşdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun baş axundu, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Millət vəkili 44 günlük müharibədə şəhidlərin göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini qeyd edib.

Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.