Xəbərlər
Qobustanda partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən partiya veteranı Məmmədxan Musayevin 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, partiya veteranının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərdiyini deyib.
Yubilyar Məmmədxan Musayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının böyük qürur olduğunu söyləyib.
Sonda yubilyara partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə fəxri fərman təqdim olunub.
