YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlərlə görüş keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlər, habelə Yasamal rayonunda yerləşən ali, orta ümumtəhsil müəssisələrində təhsil alan məktəbli və tələbələrlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Çıxışlarda vurğulanıb ki, dövlətin təhsilə göstərdiyi xüsusi diqqət və qayğı gənclərin beynəlxalq arenada uğur qazanmasına geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil strategiyasının ölkənin intellektual potensialının formalaşmasında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev təhsili dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun siyasi kursu nəticəsində milli təhsil sisteminin möhkəm təməli yaradılmışdır.

Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, beynəlxalq olimpiada qaliblərinin nəticələri Azərbaycanın artan elmi nüfuzunun göstəricisidir.

Çıxışlardan sonra Yasamal rayonu üzrə beynəlxalq fənn olimpiadalarında uğur əldə etmiş şagirdlərə hədiyyələr təqdim edilib.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.