YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənc Kadr” - Neftçala gənclərinin inkişaf proqramı çərçivəsində görüş keçirilib

“Gənc Kadr” - Neftçala gənclərinin inkişaf proqramı çərçivəsində iştirakçılarla görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev “Dövlət gənclər siyasəti və YAP” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, onların bilik və bacarıqlarının artırılmasına, ictimai-siyasi fəallığının yüksəldilməsinə və liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. Vurğulanıb ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ülvi Fərzəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası gənclərin potensialının üzə çıxarılması, onların dövlətçilik dəyərlərinə sadiq, vətənpərvər və təşəbbüskar vətəndaş kimi formalaşması istiqamətində ardıcıl layihələr həyata keçirir. “Gənc Kadr” proqramı da məhz bu məqsədə xidmət edir və gənclərin nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmasına imkan yaradır.

Daha sonra YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov proqram çərçivəsində nəzərdə tutulan təlim modulları, eləcə də müxtəlif istehsal müəssisələrinə planlaşdırılan təcrübə səfərləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onların karyera planlamasına dəstək olmaqdır.

İnteraktiv müzakirə formatında keçən görüşdə iştirakçıların fikir və təklifləri dinlənilib.