Xəbərlər
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev prospekti 50” ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.
Görüşdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu barədə danışıblar. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində, eləcə də ölkənin sosial-iqtisadi inkişafında misilsiz xidmətlərindən bəhs edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası gələcəyə inamla irəliləyərək ölkəmizin daha da qüdrətlənməsi istiqamətində mühüm fəaliyyət göstərir.
“H.Əliyev prospekti 50” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Aybəniz Xəlilova hesabat məruzəsi ilə çıxış edib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Vüsal Nəcəfov ərazi partiya təşkilatının sədr müavini seçilib.
Sonda partiyanın ictimai-siyasi həyatında fəaliyyətinə görə Aybəniz Xəlilovaya fəxri fərman təqdim olunub.
