YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy və Xocalı rayon təşkilatlarının, eləcə də Goranboy rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdən öncə rayon Rəsm Qalereyasının ərsəyə gətirdiyi sərgi nümayiş olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının,  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı faciəsinə həsr edilən videoçarx nümayiş olunub.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış edərək bildiriblər ki, Xocalı faciəsi ermənilər tərəfindən ciddi şəkildə düşünülərək silahsız, mülki azərbaycanlılara divan tutularaq həyata keçirilmiş soyqırımı əməliyyatı olub. Ermənilərin bu faciə zamanı qocalara, qadınlara və uşaqlara rəhm etmədən tarixin ən ağır cinayətlərindən birini törətdiyi vurğulanıb.

Natiqlər Xocalı soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə ətraflı danışıblar.

Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın düşmənin işğalçılıq siyasətinə son qoyduqları, xalqımızın tarixinə parlaq Qələbə yazdıqları, Xocalı qurbanlarının qisasını da aldıqları xüsusi qeyd olunub.

Xocalı rayon sakini, həyat yoldaşı və üç övladını soyqırımı nəticəsində itirən Qaryağdı Quliyev və digərləri Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ədalətin bərpası istiqamətində mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildiriblər.