YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Samux rayonunun Ziyadlı kəndi ərazisində, Samux-Kür avtomobil yolunun kənarında ümumilikdə 500 ədəd xan çinarı, Eldar şamı və müxtəlif növ ağac əkilib.