YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq"

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında partiya fəalları və ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər əsasında təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dövlət başçısının çıxışı müasir beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb geosiyasi vəziyyətin təhlili və dialoq, əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

G.Bayramov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik strategiyası bu gün də uğurla davam etdirilir. Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas aktorlardan birinə çevrilib. Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi reallıqlar ölkəmizin uğurlu siyasəti və təşəbbüsləri nəticəsində mümkün olub.

Dəyirmi masada çıxış edən Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Ramin Bayramov və partiya fəalları Elnaz Cəfərova, Tural Qurbanov, Toğrul Coqiyev Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizin qlobal platformalarda fəal iştirak etdiyini və regional əməkdaşlıq layihələrinin həyata keçirilməsində aparıcı rol oynadığını vurğulayıblar.

Natiqlər həmçinin bildiriblər ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar regionda davamlı sülh və inkişaf üçün möhkəm zəmin yaradır.

Tədbir iştirakçıları yekun olaraq belə dəyirmi masaların keçirilməsinin əhəmiyyətini qeyd edib, dövlət başçısının müəyyən etdiyi strateji kursun dəstəklənməsinin vacibliyini vurğulayıblar.