YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və digər rəsmi şəxslər çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş mart soyqırımıdır. Qeyd olunub ki, bu qırğınlar xalqımıza qarşı uzun illər aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biri olub.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi bu faciələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Hər il bu günün qeyd olunması Azərbaycan həqiqətlərinin təbliği və erməni vəhşiliklərinin ifşası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini artırır.

Bildirilib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq sərəncamları, o cümlədən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı həmin hadisələrin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına mühüm töhfə verib.

Qeyd edilib ki, faciədən 108 il keçməsinə baxmayaraq, xalqımız bu soyqırımını dərin hüznlə xatırlayır.

DİGƏR Xəbərlər Arxiv