Xəbərlər
“Tarixi Zəfərdən Böyük Qayıdışa: Azərbaycan memarlığının yeni dövrü”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Köçərli ərazi partiya təşkilatında “Tarixi Zəfərdən Böyük Qayıdışa: Azərbaycan memarlığının yeni dövrü” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev və digərləri Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, həmçinin bu sahənin tarixi inkişaf yolu barədə ətraflı məlumat veriblər. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb.
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaradıb, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri, müasir infrastrukturun yaradılması və ərazilərin sürətli bərpası bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərin milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda təşkilati məsələlərə baxılıb. Elnur Ələkbərov Köçərli ərazi partiya təşkilatının sədri, Cahangir Məmmədov isə sədr müavini seçilib.
