YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının Qocalı kənd ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında çıxış edən Mehdili bələdiyyəsinin sədri, partiya üzvü Talıb Salahov, YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və digərləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyduğunu deyiblər.

Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır.

Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləyir.

Sonra təşkilati məsələlərə baxılıb. Talıb Salahov ərazi partiya təşkilatının sədri, Nahid Budaqov isə sədr müavini seçilib.