YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda gənclər üçün maarifləndirici məşğələ keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclər arasında Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş növbəti məşğələ təşkil edilib. Tədbir “Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və idarəçilik prinsiplərinin Yeni Azərbaycan Partiyasının formalaşma və inkişaf mərhələlərində əhəmiyyəti” mövzusuna həsr olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov və İsaak Xanukov adına Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik fəlsəfəsi və idarəçilik prinsipləri müasir Azərbaycanın davamlı inkişafının əsasını təşkil edir. Onun sözlərinə görə, bu siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik, tərəqqi və milli həmrəylik təmin olunub.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası məhz bu möhkəm ideoloji təməl üzərində formalaşaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib və bu gün də cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirərək dövlətçilik maraqlarına xidmət edir. Gənclərin bu zəngin irsi dərindən öyrənməsinin vacibliyi vurğulayaraq onların milli dəyərlərə sadiq, vətənpərvər və təşəbbüskar ruhda yetişməsinin önəmi diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında gənclərin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv