YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Afiq Qulamlının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə millət vəkili 44 günlük müharibədə misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.

Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv