YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə cüdo yarışı təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə cüdo yarışı təşkil olunub.

10 çəki dərəcəsi üzrə keçirilən yarışda ümumilikdə 100-ə yaxın idmançı çempionluq uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarışın qaliblərinin mükafatlandırılması mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev çıxış ediblər.

Çıxışlarda ölkəmizdə cüdo idman növünə göstərilən dövlət qayğısı vurğulanıb, Azərbaycan cüdoçularının beynəlxalq arenada qazandıqları uğurlar qeyd edilib.

Sonda yarışın qaliblərinə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv